Dövlətimizin başçısı bu mötəbər tədbirdə də Azərbaycan həqiqətləri bir daha dünya ictimaiyyətinə qəyiyyətlə çatdırdı
Azərbaycanın Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunması ölkəmiz üçün əlamətdar hadisədir. Ölkəmizin Sammitdə iştirakı təşkilata üzv ölkələr arasında birliyi nümayiş etdirməklə yanaşı, həm də dostluq və qardaşlıq əlamətidir. 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvü olan Azərbaycanın bu təşkilatla münasibətləri xüsusi xarakter daşıyır. Ölkəmiz Ərəb Dövlətləri Liqası ilə mövcud əməkdaşlığı genişləndirmək niyyətindədir.
Ərəb Dövlətləri Liqasının Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən 31-ci Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması bu təşkilatla ölkəmiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğundan xəbər verir. Dövlətimizin başçısı bu tədbirdə çıxışı zamanı yenə də Azərbaycan həqiqətlərini dünyaya çatdırdı.
Fransanın yüz ildən çox müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını xatırladan Prezident İlham Əliyev vurğuladı ki, dünya Fransanın bu xalqa qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı heç zaman unutmamalıdır, gələcəkdə baş verə biləcək belə faciələrin qarşısı qəti şəkildə alınmalıdır. Azərbaycanın İslam həmrəyliyinə kifayət qədər töhfə verdiyini bildirən dövlətimizin başçısı 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyini sammit iştirakçılarının diqqətinə çatdırdı.
Zirvə toplantısında Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bildirən Prezident İlham Əliyev ölkəmizin bu istiqamətdə fəaliyyətindən danışdı. Vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və ölkəmiz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilib. Bu isə Azərbaycanın mövqeyinə, eləcə də həyata keçirdiyi siyasətə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılıb.
Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edən Azərbaycan Prezidenti bu əməkdaşlığın yaxın gələcəkdə genişlənəcəyinə, yeni xarakter və dinamika alacağına ümid etdiyini bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədri qismində COVID-19-la bağlı həyata keçirdiyi tədbirlər mövzusundan bəhs edərkən dövlətimizin başçısı ölkəmizin peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı olduğunu sammit iştirakçılarının diqqətinə çatdırdı.
Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında diqqətə çatdırıldı ki, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, 2020-ci ildə öz ərazilərini güc yolu ilə işğaldan azad edib. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün ərzində icra olunduğunu qeyd edən Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyü ilə bağlı 4 qətnamənin otuz il ərzində kağız üzərində qaldığını bildirdi. Dövlətimizin başçısı qətiyyətlə vurğuladı ki, münaqişələrə yanaşmalarda ikili standart olmamalı, işğal “işğal” adlandırılmalıdır.
İşğal zamanı 67 məsciddən 65-nin Ermənistan tərəfindən tamamilə dağıdılmasının bu terrorçu ölkənin islamofob mahiyyətinin təzahürü olduğunu qeyd edən Prezident İlham Əliyev erməni terrorunun sülh dövründə də davam etdiyini, minalar səbəbindən 260-dan çox azərbaycanlının həlak olduğunu və ya ciddi yaralandığını diqqətə çatdırdı. Bildirildi ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın artıq “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb və həmin torpaqları öz resursları hesabına bərpa edir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası