05 noyabr 2022 14:58
589

Lopeteqi Premyer Liqa klubu ilə razılaşdı

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib.

"İki sahil" "The Times"ə istinadən xəbər verir ki, İngiltərə klubu Xulen Lopeteqi ilə hərtərəfli razılıq əldə edib.

Ötən ay “Sevilya”dan istefaya göndərilən ispaniyalı çalışdırıcı 6-cı turda, noyabrın 12-də “Arsenal”la qarşılaşmadan sonra, DÇ-2022 üçün yaranmış fasilə zamanı “Vulverhempton”da fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Vulverhempton” hazırda Premyer Liqada 10 xalla 19-cu pillədə qərarlaşıb.