Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Ermənistanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
İllər boyu davam edən danışıqların fayda verməməsi Azərbaycan xalqını Hərbi yolla torpaqlarını azad etməyə sövq etdi və möhtəşəm qələbə qazanıldı. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.
Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində peşəkar ordu quruculuğu, yüksək diplomatiya, qabaqcıl informasiya təminatı və iqtisadi sahədə saysız-hesabsız nailiyyətlər qazanıldı. Cəmi 44 günə təmin olunan böyük Qələbənin qazanılması üçün illərdir düşünülmüş planlı siyasət həyata keçirildi. Ötən illərdə Azərbaycan çeşidli təzyiqlərlə, siyasi çəkişmələrlə üzləşdi. Dövlət başçımız İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, müstəqil siyasət apararaq dövləti, xalqı daha da güclü şəkildə gələcəyə daşıdı, canından artıq sevdiyi ölkəsini davamlı olaraq inkişaf etdirdi.
Vətən müharibəsi ilə qazanılan tarixi zəfərin ölkəyə verdiyi əhəmiyyəti Azərbaycan xalqı heç vaxt unutmayacaq. Bu qələbə təkcə işğal altında olan 20 faiz torpağın azad edilməsi deyil, bu qələbə millətin dirçəlişi, oyanış və ruhi qida xarakteri daşıyan, özünə qayıdışın mənəvi simvolu idi. Nə xoşbəxtik ki, bu Zəfər gününü biz də yaşadıq və 27 sentyabrda start götürən 10 noyabrda nöqtə qoyulan 44 günlük müharibə dünya palitrasında Azərbaycan və azərbaycanlı obrazının dəyişdiyini ifadə edən qəhrəmanlıq səhifəsidir.Bir sözlə, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Biz Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bütün dünyaya haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası