Zəfər Günü - Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbənin şərəfinə elan edilmiş bayramdır.
Müzəffər ordumuzun parlaq zəfəri sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu qələbə torpaqlarımızın bizə necə dəyərli olduğunu bir daha sübut etdi.
Artıq 30 ilə yaxın müddət ərzində səbrlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbr kasasını daşdırdı. Rəşadətli ordumuz tərəfindən əks həmlə ilə düşmən ordusu nəinki susduruldu həm də Qarabağ işğaldan azad edildi. Artıq şanlı Azərbaycan Bayrağı ışğal altında olan butun torpaqlarımızda dalğalanır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!
Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır.
Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı olaraq mən qürur hissi keçirirəm. Mən Qarabağa çox bağlıyam, amma ən əsası atamın və bütün qəhrəmanlarımızın qəhrəmanlığı Qarabağ tarixinə əbədi həkk olunub.
Bu gün isə atamı eşitsəydim, mütləq bizə tərəf dönüb deyərdi: "İndiki qalib nəslə çatdırmaq istəyirəm ki, öz Vətənini bizim kimi yadda saxla, qədrini bil və sev. Bundan sonra sənin vəzifən odur ki, bircə dənə düşmənin, hətta düşüncədə belə, torpaqlarımızın işğalına imkan verməyin. Torpağımız, Qarabağımız çox qan və ağrı görüb, və bundan sonra sizin vəzifəniz ölkəmizi, onun bütövlüyünü qorumaqdır”.
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Regina Kovalyova,
Milli Qəhrəman Yuriy Kovalyovun qızı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası