Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən Azərbaycanın beynəlxalq münasibətlər sistemində əhəmiyyəti durmadan artmaqdadır.Beynəlxalq münasibətləri həm nəzəri,həm də empirik baxımdan dərindən bilən Prezident İlham Əliyev iştirak etdiyi bütün regional və beynəlxalq tədbirlərdə dövlətimizin maraqlarını əsas tutaraq ölkəmizi layiqincə təmsil edir.Prezident Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri qismində və Sammitin fəxri qonağı statusunda iştirak edib. Prezidentimizin bu ali tədbirə dəvət olunması,çıxışının maraqla dinlənilməsi ölkəmizin dünyada artan nüfuzunu,onun liderinin şəxsi hörmətini və qlobal təşəbbüslərinin əhəmiyyətini göstərir.Həmçinin dövlətimizin düzgün müəyyən edilən balanslaşdırılmış xarici siyasəti,hər zaman etibarlı tərəfdaş mövqeyini qoruyub saxlaması müttəfiqlərimizin və dostlarımızın sayını xeyli artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib.Ölkəmiz hər zaman sabitliyin və təhlükəsizliyin tərəfdarı olmağı Prezidentimiz sülhsevər siyasəti ilə dünyada diqqət çəkib.Ermənistanın işğal siyasətinə məruz qalan ölkəmiz uzun müddət danışıqlar prosesinə sadiq qaldı,münaqişənin bu yolla həllinə çalışdı. Təəssüflər olsun ki, üzləşdiyi ikili standartlar buna mane oldu.BMT-nin münaqişə ilə bağlı məlum qətnamələri təsirsiz qaldı,icrası təmin edilmədi.Həmçinin münaqişənin həlli ilə məşğul olan qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilmədilər.Azərbaycan və onun lideri qətiyyətli mövqe ortaya qoyaraq ərazi bütövlüyünü təmin etdi.Dövlətimizin başçısı Zirvə toplantısında Ermənilərin mədəni-dini abidələrimizi məhv etdiyini iştirakçılara çatdırdı.Təbii ki,bu son dərəcə vacib amildir,müsəlman dövlətləri Ermənistanın islamofob xislətini tanımalıdır.Onlar məscidlərimizdə donuz saxlamaqla və bunun fotolarını çəkib yaymaqla bütün müsəlmanların heysiyyətinə toxunublar. Belə vəhşiliklərin dünyada bənzəri yoxdur.
Prezidentimizin ifadə etdiyi kimi,Azərbaycan İslam həmrəyliyi üçün xeyli önəmli işlər görüb.Müsəlman dünyasının əsas ölkələrindən biri olaraq Azərbaycan tarixən İslam mədəniyyətinin tərəqqisinə,dəyərlərinin dünyada təbliğinə misilsiz xidmətlər göstərmişdir.Heç də təsadüfi deyil ki,2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı elan olundu.Eləcə də 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində təşkil olunması ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlarının bariz nümunəsidir.2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” oldu,bir sıra əhəmiyyətli tədbirlər keçirildi.Bütün bunlar müsəlman ölkələrinin və xalqlarının biri-birinə daha da yaxınlaşmasında,münasibətlərin möhkəmlənməsində və genişlənməsində,həmrəyliyə nail olunmasında əlamətdar addımlardır.Prezident İlham Əliyevin Zirvə tolantısında səsləndirdiyi fikirlər bir daha Azərbaycanın sülh və sabitlik tərəfdarı olduğunu,qlobal təşəbbüslərininədalət prinsiplərinə əsaslandığını göstərdi.Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi baxımından gördüyü işləri xüsusi vurğulanıb.Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik.2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir.Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir".Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə əlaqələrini gücləndirməsi qarşılıqlı iqtisadi münasibətlərin inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir.Azərbaycan Cənubi Qafqazda,Ərəb Dövlətləri Liqasına daxil olan dövlətlər isə dünya iqtisadiyyatında böyük paya sahibdir.Həmin ölkələrdə böyük qaz və neft ehtiyatı mövcuddur.Səudiyyə Ərəbistanı 2019-cu ildə dünyada ən çox neft hasil edən ikinci ölkə olub.Qətərin qaz ehtiyatı 24,5 trilyon kubmetrdir.Rəsmi Doha bu rəqəmlə dünya qaz bazarında üçüncü sırada dayanır.Afrikaqitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir.Bütün bunlar qarşılıqlı investisiya qoyuluşu imkanlarını artırır,ölkələrin siyasi və iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə töhfə verir.
Azərbaycanın Türk Dövlətləri Təşkilatı kimi yeni yaranan güc mərkəzi Ərəb Dövlətləri Liqası ilə həm siyasi,həm də iqtisadi əlaqələrini gücləndirməsi ölkəmizin qlobal siyasi-iqtisadi proseslərə təsir imkanlarını artırması,beynəlxalq təşkilatlardakı mövqelərimizin möhkəmlənməsi üçün çox vacibdir !.

Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası