04 noyabr 2022 16:29
395

İrqçiliyə görə həbs olundular

"Sevilya"nın (İspaniya) 2 azarkeşi Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Mançester Siti"nin futbolçusu Riko Lyuisi təhqir etdiklərinə görə həbs olunublar.

“İki sahil” xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb. Məlumatda klubun belə hallara səssiz qalmayacağı da bildirilib: "Biz stadionumuzda ayrı-seçkiliyə dözməyəcəyik və bu dəhşətli hadisədən sonra Rikoya hər cür dəstəyi təklif edəcəyik".

"Sevilya" azarkeşlərin davranışının qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunda "Mançester Siti" "Sevilya"ya 3:1 hesabı ilə qalib gəlib.