"Frayburq"un (Almaniya) futbolçusu Nils Petersen Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda ötən gecə Bakıda "Qarabağ"la heç-heçə etdikləri matç (1:1) barədə danışıb.
“İki sahil” xəbər verir ki, 34 yaşlı hücumçu oyunun çətin keçdiyini bildirib: "Həmişə son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, "Qarabağ" layiqli oyun göstərdi. Heç-heçə ədalətli nəticədir. Heyətimizdə xeyli rotasiya etmişdik. Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər, dərhal razılaşardıq".
Qeyd edək ki, G qrupunda "Qarabağ" dünən Bakıda "Frayburq"la heç-heçə etməklə (1:1) xal ehtiyatını 8-ə çatdırıb. "Nant" "Olimpiakos"a qalib gəlməklə xallarının sayını 9-a yüksəldib. Nəticədə "Frayburq" qrup lideri kimi 1/8 finala adlayıb. "Nant" 2-ci yerin sahibi olaraq pley-offa vəsiqə qazanıb. "Qarabağ" isə yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.