04 noyabr 2022 14:03
1013

Elvin Cəfərquliyev: Komandamla qürur duyuram

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasının qrup mərhələsini 6-cı turunda "Frayburq"la Bakıda heç-heçə etdikləri matç (1:1) barədə fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, o, bu haqda öz İnstaqram hesabında paylaşım edib. Elvin yazıb: "Yolumuza davam! Komandamla qürur duyuram".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna Konfrans Liqasında davam edəcək.