"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanın avtomobili oğurlanıb.
"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, ötən gecə baş verib. 21 yaşlı yarımmüdafiəçi həmin vaxt Neapoldakı evində yatmış olub. Qarətçilər isə futbolçunun evinə daxil olaraq "Mini Cooper Countryman" markalı avtomobilin açarlarını götürüblər. Daha sonra onlar maşını oğurlayıblar.
Xviça hadisədən sonra polisə müraciət edib.
Qeyd edək ki, Xviça bu yaydan etibarən "Napoli"də oynayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.