04 noyabr 2022 13:22
309

Hər zaman qalibsiz!

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emreli “Qarabağ”la bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, 25 yaşlı forvard Ağdam təmsilçisinin Avropa Liqası qrup mərhələsinin son turunda “Frayburq”la heç-heçə (1:1) etməsindən sonra matçın nəticəsini paylaşaraq “hər zaman qalibsiz” başlığını əlavə edib.
 
Qeyd edək ki, Mahir Emreli 2015-2021-ci illərdə “Qarabağ”da çıxış edib.