1-2 noyabr tarixlərində Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammiti keçirildi. Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə ərəb dövlətlərinin zirvə toplantısına ev sahibliyi edir. 1945-ci ildə təsis edilən Ərəb Dövlətləri Liqasının 22 üzvü var. Təşkilatın mənzil-qərargahı Misirdə (Qahirə) yerləşir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının (QH) sədri statusunda fəxri qonaq qismində sammitə dəvət olunub. Zirvə toplantısına BMT və İslam Əməkdaşlıq Təşkilatı baş katiblərinin də fəxri qonaq qismində dəvət edilməsi Azərbaycan liderinin QH sədri kimi beynəlxalq, o cümlədən İslam dünyasında yüksək nüfuzunu sübut edir. Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm verdiyimizi qeyd edən cənab prezident çıxışının davamında qeyd edib ki, Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.
Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulasaq deyə bilərik ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib. Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mahir Abbaszadənin rəhbərlilyi ilə Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir. Azərbaycanla Əlcəzair arasındakı iqtisadi sahədə əlaqələr barədə onu deyə bilərik ki, Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 5 Əlcəzair şirkəti qeydiyyatdan keçib. 1995-2022-ci illər ərzində Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib.
Mais Günəşli,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası