İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. İkinci Qarabağ müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanda yeni bir mərhələnin başlanğıcı deməkdir. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. "Böyük Qayıdış" adlanan proqram artıq çoxdan başlayıb. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir.
Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu.Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı. Azərbaycan dövləti tərəfindən aparılan bərpa işləri təkcə bu günü yox, həm də qarşıdakı bir neçə onilliyin reallıqlarını nəzərə almaqla həyata keçirilir. Çünki istənilən yaşayış yerini təkcə məhv edilmiş infrastrukturları bərpa etməklə, yenidən qurmaqla deyil, onilliklər ərzində orada həyatın necə olacağına dair strategiya, ideya əsasında qurmaq lazımdır.
Çoxsaylı sınaqlardan sonra azad edilmiş ərazilərə qayıdacaq azərbaycanlılar təkcə coğrafi baxımdan deyil, həm də həyat keyfiyyəti prizmasından ən qabaqcıl dünya standartlarına uyğun yaşamağa layiqdirlər. Azərbaycan dövləti məhz öz imkanları heabına bunu həyata keçirir. Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana əlaqəlrin normalaşması üçün sülh sazişi imzalamağı təklif edib. Azərbaycan dövləti 44 günlük şanlı Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməklə, tarixi ərazilərini bərpa edib. Rəsmi Bakı bu gün artıq regionda davamlı sülh üçün çalışır. Bu, bir həqiqətdir və hər kəsə bəllidir ki, Azərbaycanın sülh mesajları regionun tərəqqisinə xidmət edir.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası