04 noyabr 2022 07:54
358

"Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Misli Premyer Liqasında bu gün XIII tura start veriləcək.

"İki sahil" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri 15 xalla 6-cı, qonaqlar 4 xalla 9-cu pillədə qərarlaşıb. Birinci dövrədəki matçda Tovuz təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Misli Premyer Liqası,

XIII tur

15:00. “Turan Tovuz” – “Şamaxı”

Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Vüsal Əliyev

Tovuz şəhər stadionu

Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.