“Bu gün güclü rəqibə qarşı oynadıq”.
“İki sahil” xəbər verir ki, bunu “Frayburq”ın baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
Almaniyalı mütəxəssis Bakıda baş tutan qarşılaşmanın ardından mətbuat konfransında bu fikirləri səsləndirib: “Heyətdə rotasiya elədim. Sonlarda bəxtimiz gətirdi. “Qarabağ” çox gözəl futbol nümayiş etdirdi, işimizi çətinləşdirdi. Qurban müəllim burada möhtəşəm iş görüb. Rəqib gözəl futbol oynadı. Komandamın bu gün bəxti gətirdi ki, buradan 1 xalla qayıdırıq”.