03 noyabr 2022 23:36
891

"Qarabağ" "Frayburq"la oyunda hesabı bərabərləşdirib - YENİLƏNİR

"Qarabağ" Bakıda Almaniyanın "Frayburq" komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci qol vurulub. 

“İki sahil” xəbər verir ki, 90+2-ci dəqiqədə "köhlən atlar" hesabı bərabərləşdirib. 

Kvabena Ovusu qonaqları mərkəzə dəvət edib. 

***

"Qarabağ" Bakıda Almaniyanın "Frayburq" komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda azlıqda qalıb. 

“İki sahil” xəbər verir ki, 62-ci dəqiqədə Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 

"köhlən atlar" hazırda məğlub durumdadır - 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

***

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb. 

“İki sahil” xəbər verir ki, "köhlən atlar" ilk hissədən sonra məğlub durumdadır - 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

***

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb. 

“İki sahil” xəbər verir ki, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 

***

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.

G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir.

Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Qrupda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.