03 noyabr 2022 09:53
359

Benzemanın rekordu 17 ildən sonra qırıldı

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Riko Luis UEFA Çempionlar Liqasının tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, ingiltərəli oyunçu buna İspaniya "Sevilya"sına 3:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin VI tur matçında nail olub.

52-ci dəqiqədə "şəhərlilər"in ilk qoluna imza atan müdafiəçi qitənin bir nömrəli klub turnirində fərqlənən ən gənc futbolçu adına sahib çıxıb. Luis 17 yaş 346-cı günündə bunu bacarıb.

Əvvəlki rekord hazırda İspaniya "Real Madrid"ində çıxış edən Kərim Benzemaya məxsusdur. Təcrübəli forvard 2005-ci ildə Fransa "Lion"unda çıxış edən vaxt 17 yaş 352-ci günündə Norveç "Rusenborq"u ilə qarşılaşmada qol vurub.