Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair Soçidə keçirilən üçtərəfli görüşün nəticələri sülh prosesinin ruhunu və istiqamətini bir daha sərgilədi. Soçi görüşünün nəticələri Azərbaycan diplomatiyasının növbəti uğurudur və danışıqlar prosesinin məhz Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi üzrə getdiyini göstərir. Soçi görüşündə bir daha kimin qalib, kimin isə məğlub olduğu həqiqəti açıq-aşkar hiss olundu. Regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması vahid yanaşma kimi qəbul edildi. Münaqişənin bitməsi Prezident İlham Əliyevin ortaya qoymuş olduğu qəti mövqedir. Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən üçtərəfli görüşün ab-havasını Azərbaycan müəyyənləşdirdi, şərtlərini də dövlətimizin başçısı Rusiya Prezidenti ilə keçirilən ikitərəfli görüşlə formalaşdırdı: münaqişə iki il əvvəl bitib və bu istiqamətdə hər hansı bir müzakirə aparmaq mənasızdır.
İndi qarşıda duran əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır ki, bu istiqamətdə konkret iş ortaya qoymağa zərurət var və artıq bu məsələnin zamanıdır. Bununla da yenidən qaldırılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. Bir sözlə, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı, dövlətimizin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi. Şübhəsiz ki, İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm də Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir
Beləliklə, keçirilən görüşlər, imzalanan sənədlər Prezident İlham Əliyevin rəhbərliyi ilə hərb və sülh meydanında paralel fəaliyyətin uğurlu nəticəsi kimi dəyərləndirilməlidir. Artıq hərb meydanında aldığı “dəmir yumruğ”un zərbəsinin ardından diplomatiya çərçivəsində əksər dövlətlərin haqqın yanında olması rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan isə dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirərək, regionda əbədi sülhün memarı olduğunu təsdiqləyir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası