Oktyabrın 31-də Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirildi. Görüşdə Azərbaycan-Emənistan arasında münasibətlərin normallaşması məsələləri müzakirə olundu. Yekunda bəyanat qəbul olundu. Bəyanatda qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğunu tərəflər təsdiq edir. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq əldə olundu.
Azərbaycan və Ermənistan arasında danışıqları kimin, hansı niyyətlə təşkil etməsindən, bundan öncə hansı hazırlıqlar görülməsindən asılı olmayaraq gündəliyi Azərbaycanın dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyini hər kəs növbəti dəfə gördü. Paşinyan görüşü təşkil edənlərin gah birinə, gah digərinə situativ olaraq yarına, onların maraqlarına tam cavab verən nələrsə səsləndirə bilər, amma onun nəyisə deməsinin heç bir önəmi yoxdur. Bu reallıq Soçi görüşündə növbəti dəfə üzə çıxdı.
Görüşə Prezident İlham Əliyev, köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla yanaşı, müdafiə naziri və Dövlət Sərhəd Xidmətinin rəisinin də getdiyi Azərbaycanın bütün ssenarilərə hazır vəziyyətdə olmasını göstərdi. Soçidə Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müaviləsi bağlamaq haqda razılığa gəlinsə idi, Azərbaycan buna hazır idi: amma Putinlə görüş zamanı Prezident İlham Əliyev sərhəd qoydu. Bu, Qarabağ münaqişəsinin artıq həll edilib, tarixə qovuşması ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, ancaq və ancaq Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasından danışa bilərik.
Azərbaycan tərəfi regionda kommunikasiyanın inkişaf etdirilməsi, qurulması istiqamətində çox böyük işlər görüb, Ermənistan isə kommunikasiyaların açılmasının qarşısını almaqla məşğuldur. Ümumilikdə, Rusiya Prezidentinin mövqeyi birgə bəyanatın şərtlərinə mütləq əməl olunması idi. Vaxtilə Rusiya Prezidenti Vladimir Putin demişdi ki, birgə bəyanatın şərtlərinə əməl etməmək intihara bərabərdir. Əməl etməyən tərəf isə Ermənistandır.
Mais Günəşli,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası