02 noyabr 2022 20:45
406

Serbiya yığmasında kütləvi yoluxma

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.

Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.