PSJ-nin müdafiəçisi Presnel Kimpembe zədələnib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, zədə səbəbindən Fransa yığmasının DÇ-2022-dəki oyunlarını buraxa bilər.
Bundan əvvəl millinin üzvü Pol Poqba və Nqolo Kantenin mundialı buraxacağı dəqiqləşib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.