Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah "Qarabağ"la qarşılaşacaq "Frayburq"un futbolçusu Roland Şallai zədəsini sağaldıb.
“İki sahil” xəbər verir ki, macarıstanlı yarımmüdafiəçi "Kicker"ə açıqlamasında "Qarabağ"a qarşı keçiriləcək oyunda meydana çıxmaq istədiyini deyib: "Qarabağ"la matçda oynamağım gözəl olardı. Baş məşqçi ilə danışmışam. Ümid edirəm ki, 10-15 dəqiqə şans qazanaram".
Qeyd edək ki, noyabrın 3-də keçiriləcək "Qarabağ" - "Frayburq" matçı saat 21:45-də başlayacaq.