"Bavariya" bu mövsüm Çempionlar Liqasında uğurlu çıxışları ilə fərqlənir.
“İki sahil” xəbər verir ki, Yulian Naqelsmannın komandası qrup mərhələsində 6 oyunun hamısını qələbə ilə başa vurub.
Münhen təmsilçisi bu mövsüm bunu bacaran yeganə komandadır. Bu gün keçiriləcək 8 oyunun nəticələri də sözügedən statistikanı dəyişməyəcək.
"Bavariya" C qrupunda "Barselona" (2:0, 3:0) "Viktoriya" (Plzen) (5:0, 4:2) və "İnter"i (2:0, 2:0) hər iki oyunda məğlub etməklə maksimum nəticə - 18 xal qazanıb.