Luis Suares Uruqvay çempionu olub.
“İki sahil” xəbər verir ki, bu yay doğma vətəninə qayıdıb “Nasyonal” klubu ilə müqavilə bağlayan 35 yaşlı hücumçunun komandası pley-off mərhələsinin finalında “Liverpul”la (Montevideo) qarşılaşıb. Matç 4:1 hesabı ilə “Nasyonal”ın xeyrinə başa çatıb. Qollardan ikisini Suares vurub.
Bu, Suaresin ikinci Uruqvay çempionluğu olub. O, ilk dəfə bu titulu elə indiki komandası “Nasyonal”la 2005/06 mövsümündə qazanıb. Bundan sonra Suares karyerasını Avropada davam etdirib.