30 oktyabr 2022 20:42
487

Millimizdən böyükhesablı qələbə

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

"İki sahil" xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində Lixtenşteyn yığması ilə keçirilmiş qarşılaşmada 8:0 hesablı qələbə qazanıb.

Niyazi Osmanovun dubl etdiyi oyunda millimizin digər qollarını Elton Mikayıkov, Murad Məmmədov, İlkin Cəfərli, Əhməd Tarverdiyev, Əşrəf Ələkbərli və Davud Mənsumov vurub.

Qeyd edək ki, daha əvvəl qrupda qaldığı dəqiqləşən yığmamız seçmə mərhələni 3 xalla başa vurub.