Bu gün Misli Premyer Liqasında 12-ci tur çərçivəsində “Sabah” “Qəbələ”ni qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 5-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən “Qəbələ”nin futbolçusu İsnik Alimi hesabı açıb. 63-cü dəqiqədə isə Aleksey Kaşuk bərabərlik qolunun müəllifi olub.
Matçda son nöqtəni 90+3-cü dəqiqədə Davit Volkov qoyun – 2-1.
Misli Premyer Liqası,
XII tur
30 oktyabr (bazar)
18:30. “Sabah” 2–1 “Qəbələ”
Qollar: İsnik Alimi, 5-pen. (0:1), Aleksey Kaşuk, 63 (1:1), Davit Volkov, 90+3 (2:1)
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
“Bank Respublika Arena”