30 oktyabr 2022 17:43
875

"Qarabağ" "Şamaxı"nı darmadağın etdi

Bu gün Misli Premyer Liqasında 12-ci tur çərçivəsində "Qarabağ" səfərdə "Şamaxı" ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 51-ci dəqiqəsində qonaqların futbolçusu Musa Qurbanlı hesabı açıb. 56-cı dəqiqədə isə Elvin Cəfərquliyev fərqi iki topa çatdırıb. 90+3-cü dəqiqədə fərqlənən M.Qurbanlı özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub.

Oyunda son nöqtəni “Şamaxı”nın futbolçusu Cəlal Hüseynov qoyub. Topu 90+5-ci dəqiqədə öz qapısından keçirən futbolçu “Qarabağ”ın 0–4 hesablı qələbəsini rəsmiləşdirib.

Misli Premyer Liqası,

XII tur

 30 oktyabr (bazar)

15:00. “Şamaxı” 0–4 “Qarabağ”

Qollar: Musa Qurbanlı, 51, Elvin Cəfərquliyev, 56, Musa Qurbanlı, 90+3, Cəlal Hüseynov, 90+5-avtoqol

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov

Şamaxı şəhər stadionu