30 oktyabr 2022 01:52
575

"Nyukasl" "Aston Villa"nı, "Brayton" "Çelsi"ni darmadağın etdi

"Çelsi"dən gözlənilməz məğlubiyyət, "Tottenhem"dən qələbə

İngiltərə Premyer Liqasında 14-cü tura start verilib.

"İki sahil" xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

“Brentford” – “Vulverhempton” və "Fulhem” – “Everton” oyununda heç-heçə qeydə alınıb. “Kristal Pelas” “Sauthempton”u, “Nyukasl” isə “Aston Villa”nı məğlub yola salıb.

“Tottenhem” səfərdə “Bornmut”a qalib gəlib. “Çelsi” isə gözlənilmədən “Brayton”a böyük hesabla uduzub. Maraq üçün qeyd edək ki, ötən ay "Çelsi"yə baş məşqçi təyin edilən Qrem Potter məhz "Brayton"dan London klubuna keçib. Beləliklə, Potter sabiq klubuna qarşı ilk görüşdə böyükhesablı məğlubiyyətə üzülüb. 

“Liverpul” isə evdə “Lids”ə uduzub. Son çempion “Mançester Siti” “Lester"lə səfər oyunundan qalib ayrılıb.

İngiltərə Premyer Liqası,

14-cü tur

29 oktyabr

"Lester" – "Mançester Siti" - 0:1
Qol: De Bruyne, 49.

"Bornmut" – "Tottenhem" - 2:3
Qol: Mur, 22; 49 – Sessenyon, 57. Deyvis, 73. Bentankur, 90+2.

"Brentford" – "Vulverhempton" - 1:1
Qol: Mi, 50 – Neves, 52.

"Brayton" – "Çelsi" - 4:1
Qol: Trossar, 5. Loftus-Çik, 14-öz qapısına. Çaloba, 42-öz qapısına. Qross, 90+2 – Haverts, 48.

"Kristal Pelas" – "Sauthempton" - 1:0
Qol: Eduard, 38.

"Nyukasl" – "Aston Villa" - 4:0
Qol: K.Uilson, 45+6-pen; 56. Joelinton, 59. Almiron, 67.

"Fulhem" – "Everton" - 0:0

"Liverpul" – "Lids" - 1:2
Qol: Salah, 14 – Rodriqo, 4. Sammervill, 89.

Qeyd edək ki, turnir cədvəlinə 12 oyuna 29 xalla "Mançester Siti" başçılıq edir. "Arsenal" 11 oyuna 28 xalla 2-ci, "Tottenhem" 13 oyunla 26 xalla 3-cüdür.