30 oktyabr 2022 01:17
1032

Rüfət Abdullazadə Polşa klubunun hədəfindədir?

Daha bir azərbaycanlı futbolçu Polşa yüksək liqasında oynaya bilər.

Məlumata görə, “Sumqayıt”ın futbolçusu Rüfət Abdullazadə adıçəkilən ölkənin yüksək liqa klublarının maraq dairəsindədi.

​Mənbənin iddiasına görə, U-21 yığmamızın sabiq üzvünü istəyən əsas komanda isə “Qurnik”(Zabrje) klubunun transfer siyahısında yer alıb. Zabjeni təmsil edən klub artıq müəyyən müddətdir ki, Abdullazadəni diqqətdə saxlayır.

Sportal.az