30 oktyabr 2022 00:56
535

"Mançester Yunayted"in futbolçusu "İnter"ə 3 milyon avro qazandırdı

"İnter" Kristian Eriksenin AÇ-2020-də ürəktutmasına görə UEFA-dan maddi təzminat alıb.

Qurum "nerazzura"ya 3 milyon avro ödəyib. Həmin vaxt “İnter”də çıxış edən Eriksenin UEFA-nın himayəsində olan matçda ürəyi dayandığı üçün Avropa futbol qurumu bu məbləği ödəmək məcburiyyətində olub. 

Eriksen hazırda "Mançester Yunayted"də çıxış edir. Danimarka millisinin üzvünə defibrilator quraşdırılıb.

Sportal.az