29 oktyabr 2022 23:39
513

"Bavariya" və "Volfsburq"dan darmadağın

Almaniya Bundesliqasında 12-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün daha 5 matç keçirilib. "Bavariya" "Maynts"ı 6:2, Dortmund "Borussiya"sı "Ayntraxt"ı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 25 xalla (12 oyun) "Bavariya" başçılıq edir. "Union" 23 xalla (11 oyun) 2-ci, "Borussiya" (Dortmund) 22 xalla (12 oyun) 4-cü, "Frayburq" 21 xalla (11 oyun) 4-cü, "Ayntraxt" 20 xalla (12 oyun) 5-cidir.

Almaniya Bundesliqası,

12-ci tur

29 oktyabr

"Bavariya" 6-2 "Maynts"
Qollar: Qnabri, 5, Musial, 28, Mane, 43, Qoretska, 58, Tel, 79, Motinq, 86 - Vidmer, 45+4, İnqvartsen, 82

"Leyptsiq" 2-0 "Bayer" (Leverkuzen)
Qollar: Nkunku, 32, Verner, 83

"Ştutqart" 2-1 "Auqsburq"
Qollar: Qirassi, 15, Anton, 90 - Niderlehner, 4

"Volfsburq" 4-0 "Bohum"
Qollar: Nmeça, 27, 58, Baku, 35, Vind, 80

"Ayntraxt" 1-2 "Borussiya" (Dortmund)
Qollar: Kamada, 26 - Brandt, 21, Bellinqem, 52