Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Zirə” “Neftçi”ni qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində Yeqor Boqomolski “Zirə”nin qapıçısı Anar Nəzirovun səhvindən istifadə edərək hesabı açıb. 75-ci dəqiqədə isə Qodsyev Donyo fərqi artırıb – 0-2.
Matçda son nöqtəni 83-cü dəqiqədə fərqlənən Emin Mahmudov qoyub – 0-3.
Misli Premyer Liqası,
XII tur
29 oktyabr (şənbə)
17:30. “Zirə” 0–3 “Neftçi”
Qol: Yeqor Boqomolski, 6, Qodsyev Donyo, 75, Emin Mahmudov, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu