Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Kəpəz" "Səbail"i qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 36-cı dəqiqəsində Abdullahi Şuaybu hesabı açıb, 66-cı dəqiqədə isə özünün və “Kəpəz”in ikinci qolunu vurub. Oyunda son nöqtəni 84-cü dəqiqədə Fərid Nəbiyev qoyub – 3-0.
Misli Premyer Liqası,
XII tur
29 oktyabr (şənbə)
15:00. “Kəpəz” 3–0 “Səbail”
Qol: Abdullahi Şuaybu, 36, 66, Fərid Nəbiyev 84
Qırmızı vərəqə: Nihad Qurbanlı, 41 ("Səbail")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu