29 oktyabr 2022 12:32
518

UEFA Avropa Liqası: Amin həftənin futbolçusu seçilib

UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"İki sahil" xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada Fransanın “Renn” klubunun hücumçusu Amin Quiri layiq görülüb.

İyirmi iki yaşlı forvard Türkiyədə “Fənərbağça” ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlcəzair əsilli fransalı forvard “Real Sosyedad”dan (İspaniya) Robert Navarro, PSV-dən (Niderland) Lyuk De Yonq və AEK-dən (Kipr, Larnaka) Omri Altmanı qabaqlayıb.