28 oktyabr 2022 17:27
528

Mourinyodan avrokuboklarda yeni rekord

“Roma”nın baş məşqçisi Joze Mourinyo yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, portuqaliyalı mütəxəssis buna Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Finlandiyanın HJK komandasına 2:1 hesabıyla qalib gəldikləri səfər matçında nail olub.

Bu, Mourinyonun avrokuboklarda məşqçi kimi 107-ci qələbəsi olub. Bununla da o, avrokuboklarda ən çox qələbə qazanan məşqçi olub. İndiyədək bu rekord “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Fergüssona məxsus idi – 106.