"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Moldova "Şerif"inə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
“İki sahil” xəbər verir ki, portuqaliyalı hücumçu sosial şəbəkə hesabında yazıb: "Əla komanda işi və yaxşı qələbə. Birlikdə irəli gedirik".
Qeyd edək ki, 37 yaşlı futbolçu 3:0 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunu vurub.