Azərbaycan-Gürcüstan münasibətləri tarix boyu hər iki ölkə üçün daima strateji əhəmiyyət kəsb edib. Bu münasibətlər Azərbaycan və Gürcü xalqlarının milli maraqlarına əsaslanır. Təqdirəlayiq haldır ki, iki qonşu dövlət arasında olan siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Bu ilin noyabr ayında münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb
Məhz bu baxımdan oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən bütün proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də müzakirə edilmişdir.
Azərbaycan və Gürcüstan liderləri mətbuata bəyanat verərkən Bakı və Tblisinin geosiyasi proseslərin təsiri ilə regionda yenidən formalaşdırılan nəqliyyət dəhlizlərində aparıcı roluna diqqət çəkib. Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var: “Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq”.
Eyni zamanda Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafına da toxunaraq, ticarət əlaqələrinin yüksək həddə çatdığını qeyd edən lider iki tərəfin maraqlarına cavab verdiyini vurğuladı. Gürcüstanın Azərbaycanla əməkdaşlıq şəraitində gerçəkləşdirdiyi istər enerji, istər nəqliyyat layihələrinin həm də sabitliyə dayaq, qonşu ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafını daha da mökməmləndirəcək.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası