Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi mühüm yer tutur.Azərbaycan Respublikasının Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır.Qonşu Gürcüstan ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi Azərbaycan üçün hər zaman prioritet olub.Azərbaycan – Gürcüstan münasibətləri əsrlər boyu yaxın qonşuluq , dostluq münasibətləri olmuş , indi isə artıq strateji əməkdaşlıq , tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Bu baxımdan 24 oktyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da dərinləşməsinə böyük təkan verərək qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhvə vermişdir.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan –Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf etmiş və ölkələrimiz arasında siyasi , iqtisadi , enerji , humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşmışdır.
Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü və Prezident İlham Əliyevə göstərilən hörmət , ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir.İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub.Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar.Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.
Prezident İlham Əliyevin vurğuladığı kimi , Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik.Ötən əsrin 90-cı illərinin sonunda Bakı- Supsa neft kəmərinin tikintisi böyük hadisə idi.Bu layihə imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri vasitəsi ilə birləşsin.Bundan sonra Bakı- Tbilisi- Ceyhan neft, Bakı- Tbilisi- Ərzurum qaz kəmərləri tikildi.Regional və qlobal əhəmiyyət daşıyan bu layihələri üç qonşu dövlət – Azərbaycan , Türkiyə və Gürcüstan birgə reallaşdırmışdır.Üç ölkənin tərəfdaşlığı ilə ərsəyə gələn böyük layihələrdən biri də Cənub Qaz Dəhlizidir.Bu gün sözügedən layihələr ölkələrimizin iqtisadi inkişafında mühüm rol oynayır.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan vermişdir.
Biz bir çox sahələr üzrə fəal əməkdaşlıq edirik.Bir çox önəmli layihələr təkcə ölkəmiz üçün deyil , bölgə üçün deyil , bütövlükdə dünya üçün xüsusi əhəmiyyət daşıyır.Müzakirələr zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı məsələlər də diqqət mərkəzində olub .Azərbaycan ilə Gürcüstan regionda sülhü , sabitliyi , təhlükəsizliyi və inkişafı təmin etmək üçün ciddi səylər göstərirlər.Biz bunu Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı Baş nazir İrakli Qaribaşvili ilə görüşdən sonra səslənən fikirlərdən də aydın gördük.Hər iki lider cəmiyyətə çox sağlam və lazımi mesaj verdilər.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi Qarabağ münaqişəsi başa çatdıqdan sonra artıq vaxt Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına gəlib çatmışdır.O, çıxışında qeyd etmişdir: “Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik.Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün siyasi iradə nümayiş etdirməlidir.”
Məsələyə münasibət bildirən Gürcüstan- Qafqaz Strateji Araşdırmalar İnstitutunun prorektoru , politoloq S.Koporidzenin sözlərinə görə , Azərbaycan Prezidentinin Gürcüstanda səsləndirdiyi fikirlər Ermənistan üçün yaxşı dərsdir, ciddi siqnaldır.Ermənistan rəhbərliyi bundan bir nəticə çıxarmalıdır və cəfəng “ böyük Ermənistan” xülyasından əl çəkib Qafqaz platformasına qoşulmalıdır.Nəhayət, Ermənistan rəhbərliyi , xüsusən də separatçlar başa düşməlidirlər ki, inkişaf üçün regionda sülh olmalıdır.
Əsrlər boyu birgə yaşamış xalqlarımız istər beynəlxalq, istərsə də regional təşkilatlarda həmişə bir- birini dəstəkləyib.Onlar ikitərəfli və üçtərəfli diplomatik formatda regional əməkdaşlıq üçün yeni platforma yaratmağa nail olublar.
İki ölkə arasında mədəni- humanitar sahədə də tarixən və bu gün sıx əlaqələr qurulub. Səfər proqramına Mçxeta rayonunda Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisinin ziyarət olunmasının salınması və bu zaman Baş nazir İrakli Qaribaşvilinin Prezident İlham Əliyevi müşayiət etməsi rəsmi Gürcüstanın siyasi mesajı, Azərbaycanın ərazi bötüvlüyünə hörməti kimi qiymətləndirilə bilər. Bunlar bir daha təsdiq edir ki, möhkəm təməl üzərində qurulmuş Azərbaycan- Gürcüstan dostluğu sarsılmazdır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji əlaqələrin yeni mərhələyə- müttəfiqlər səviyyəsinə yüksəlməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri , siyasi , iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri ilə yanaşı müttəfiqlik də birləşdirir.
Təhminə Hacıyeva,
Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb- liseyin ibtidai sinif müəllimi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası