28 oktyabr 2022 00:53
561

"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı Qara Qarayev zədələnib.

“İki sahil” xəbər verir ki,  30 yaşlı futbolçu Fransada "Nant"a qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda sıradan çıxıb.

Oyunu davam etdirə bilməyən təcrübəli yarımmüdafiəçi 79-cu dəqiqədə Julio Romao ilə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda hesab bərabərdir - 1:1.