27 oktyabr 2022 23:04
544

Avropa Liqası: "Nant" - "Qarabağ" oyunu başlayıb

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

“İki sahil” xəbər verir ki, "Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.