İkitərəfli əlaqələr bir çox istiqamətlərdə müsbət dinamika ilə inkişaf edir
Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri iki ölkənin dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı məsələlər birgə müzakirə müzakirə olunaraq həll edilir. Azərbaycan-Gürcüstan münasibətləri çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də bu möhkəm təmələ əsaslanır.
İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri artıq müttəfiqlik səviyyəsinə qalxıb. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda bu özünü göstərir. İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, həm region, bütövlükdə isə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Azərbaycan beş əsas prinsipdən ibarət sülh təklifini Ermənistan tərəfinə təqdim edib. Bu müqavilə imzalansa, Cənubi Qafqaza sülh gələcək. Azərbaycan Cənubi Qafqazı inteqrasiya olunmuş əməkdaşlıq məkanına çevirmək üçün mühüm addımlar atır.
Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bu əməkdaşlığı daha da dərinləşdirir. İndiyədək Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu, qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına uyğundur.
Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Cari il ərzində ölkəmizdən 22 milyard kubmetr qaz ixrac olunacaq. Gələn il bu rəqəm daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracat artırılacaq. Hazırda Azərbaycan Avropa üçün ən etibarlı tərəfdaşdır.
Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Ölkəmizin ixrac istiqamətlərindən biri də Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Növbəti illərdə bu enerjini istehsal və ixrac etmək məqsədi qarşıya qoyulub. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər.
Bu il Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq niyyətindəyik. Bu məqsədlə layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə yatırılacaq. Dünyada Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərbə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması yeni reallıqlar yaradır. Burada Zəngəzur dəhlizinin əhəmiyyətini də vurğulamaq lazımdır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması həm region dövlətlərinin həmdə dünya dövlətlərinin maraqlarına uyğundur. Buradan tranzit ticarət yolları da keçəcək.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək öz milli maraqlarını təmin edəcəklər.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası