Azərbaycan-Gürcüstan dövləti arasında münasibətləri hər iki tərəf üçün daima strateji əhəmiyyət daşıyıb. Bu münasibətlər hər iki xalqın milli maraqlarının qorunmasını təmin edir. İki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Azərbaycan tərəfinin həyata keçirdiyi demək olar bütün enerji və nəqliyyat kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq, Qərbə istiqamətlənir. Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir. Bundan başqa, mədəni, humanitar sahədə də iki ölkə arasında münasibətlər tarixi baxımdan bu gün də çox sıx və inteqrativdir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi də mövcuddur.İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birini dəstəkləyiblər. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublarTəsadüfi deyil ki, son günlərdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olub. Qonşu ölkə qətiyyət nümayiş etdirərək, işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlayıb.
Bu, əsl dost və qonşu mövqeyidir. Ona görə də iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaradacaqGürcüstandan iki ixrac neft kəməri və iki ixrac qaz kəmərimiz keçir. Perspektivdə Şərqdən Qərbə yükdaşımalarda Azərbaycanın əhəmiyyətli paya sahib olmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti qonşu ölkədən keçir.Hazırda koronavirus pandemiyası ilə əlaqədar olaraq, insanların səyahət imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Lakin gediş-gəliş açıq olan zamanlarda Gürcüstana gələn turistlərin arasında Azərbaycanlılar əhəmiyyətli paya sahib olublar”.Biz bunun bariz nümunəsini Ermənistanın bizə qarşı həyata keçirdiyi son təcavüz aktına cavab olaraq Azərbaycanın başlatdığı əks-hücum və sülhə məcburetmə əməliyyatı zamanı gördük.Belə ki, Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası