27 oktyabr 2022 13:57
517

Kloppdan ÇL rekordu

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında yeni rekorda imza atıb.

"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, bu, komandanın ötən gecə qrup mərhələsinin 5-ci turunda "Ayaks"a qalib gələrək (3:0) pley-offa vəsiqə qazanmasından sonra dəqiqləşib. Nəticədə "Liverpul" Kloppun baş məşqçiliyi altında ardıcıl 6-cı dəfə turnirdə pley-offa çıxmağı bacarıb. Bu isə ÇL-də ən uzun seriya - rekord göstəricidir. 

Qeyd edək ki, "Liverpul" hazırda A qrupunda 12 xalla 2-cidir. Komanda yalnız 15 xalı olan "Napoli"dən geri qalır. "Ayaks" 3 xalla 3-cü, xalı olmayan "Reyncers" isə sonuncudur. "Liverpul" sonuncu - 6-cı turda məhz qrup lideri "Napoli" ilə qarşılaşacaq. Noyabrın 2-si "Enfild" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başalyacaq.

Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır. Komanda onun baş məşqçiliyi altında 2019-cu ildə Çempionlar Liqasını qazanıb.