27 oktyabr 2022 11:59
550

Azərbayacan-Gürcüstan münasibətlərinin inkişafı tarixə əsaslanır

Cənab Prezident İlham Əliyev 24 oktyabr tarixində Gürcüstan Respublikasına iş güzar səfərə yollanmışdır. Azərbaycan dünyanın müxtəlif dövlətlərlə qurduğu sıx əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Hər iki ölkə arasında strateji tərəfdaş, mehriban qonşuluq və qardaşlıq münasibəti hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir .

Azərbaycan-Gürcüstan Respublikaları arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılmışdır. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı, ikitərəfli əlaqələrin inkişafını daha da gücləndirdi. Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb.

Gürcüstan-Azərbaycan münasibəti bir çox sahələrdə uğurla inkişaf etməkdədir. Şübhəsiz, Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.

Qeyd etmək lazımdır ki, ikitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur. Azərbaycan neftinin ixrac marşrutu ənənəvi olaraq Gürcüstanın Qara dəniz limanlarından keçmişdir və həmin ixrac marşrutunun yenidən bərpası hər iki ölkə üçün mühüm məsələyə çevrilmişdir.

Eyni zamanda bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyidir. Təkcə onu demək kifayət edir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır.

Bununla yanaşı, Azərbaycan hazırda Gürcüstan iqtisadiyyatının inkişafına öz güclü töhfəsini verir. Hazırda enerji əməkdaşlığı layihələri Azərbaycan–Gürcüstan əlaqələrinin inkişafında çox mühüm rol oynayır. Hər ölkə arasında əlaqələr, qarşılıqlı hörmət, etimad tərəfdaşlıq əsasında qurularaq, uğurlu və sabit inkişafının qarantına çevrilmişdir və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir. Münasibətlərin qorunması hər iki ölkə üçün olduqca əhəmiyyətlidir. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regionda sabitliyin, iqtisadi inkişafın zəmanətidir. Azərbaycan dövləti Gürcüstanın iqtisadi inkişafının hərəkətverici qüvvəsidir. Qədim tarixi tellərlə bir-birinə sıx bağlı olan hər iki dövlətin inkişafı ,münasibətlərin səviyyəsi ilə əlaqəlidir.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi