27 oktyabr 2022 11:52
10598

Tarixi ənənələrə söykənən əməkdaşlıq

Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinə dostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Cənubi Qafqaz regionunun indiki və gələcək inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edən bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün tərəflərdə böyük siyasi iradə və istək var.İki dost ölkə arasında strateji münasibətlərin bundan ­sonra da inkişaf edəcəyinə inamı daha da gücləndirir.Müstəqilliyin ilk illərində istər Azərbaycan,istərsə də Gürcüstan hər iki ölkədə sosial və iqtisadi göstəricilərin tənəzzülə uğraması ilə nəticələnən vətəndaş qarşıdurması və separatçıların törətdiyi münaqişələrə məruz qalmışlar.Azərbaycanda Dağlıq Qarabağ,Gürcüstanda isə Abxaziya və Tsxinvali regionu müharibələri Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına ən böyük maneələrdir. Ancaq belə mürəkkəb vəziyyətdə də Azərbaycan və Gürcüstan müəyyən siyasi dairələrin müdaxilə cəhdlərinə baxmayaraq,real tərəfdaşlıq münasibətlərinin inkişafına yönəlmiş addımlar atmaqdan çəkinmədi və həmin inkişaf tendensiyası bu gün də davam etdirilir.Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil,digər sahələrdə də uğurla əməkdaşlıq edirlər.Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır.Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı,faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.Onu da qeyd etmək lazımdır ki,ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur.Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması,iqtisadi maraqların uzlaşdırılması,siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir.İkitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur.XIX əsrdən bəri Azərbaycan neftinin ixrac marşrutu ənənəvi olaraq Gürcüstanın Qara dəniz limanlarından keçmişdir və həmin ixrac marşrutunun yenidən bərpası hər iki ölkə üçün mühüm məsələyə çevrilmişdir.

İki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər.Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir.Hər iki dövlət arasında siyasi,iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında mövcud olan mehriban qonşuluq əlaqələri mühüm baza rolunu oynayır.Son illərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar.Müstəqillik qazandıqdan sonra ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır.Azərbaycan ilə Gürcüstan arasındakı siyasi,iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir,ölkəmiz Gürcüstanın əsas ticarət tərəfdaşlarından və əsas investorlarından biridir.Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq və təhlükəsizliyə mühüm strateji töhfədir,həm də Gürcüstan –Azərbaycan münasibətlərinin əsaslarını möhkəmləndirməkdədir.Həyata keçirilən çoxaspektli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilmişdir.Təsadüfi deyil ki,bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı,inkişaf mənbəyi adlandırırlar.Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır.Bununla yanaşı,Azərbaycan hazırda Gürcüstan iqtisadiyyatının inkişafına öz güclü töhfəsini verir.Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır.Hazırda enerji əməkdaşlığı layihələri Azərbaycan – Gürcüstan əlaqələrinin inkişafında çox mühüm rol oynayır.

Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji layihələri Bakı-Tbilisi-Ceyhan,Bakı-Supsa neft kəmərləri,Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji resurslarımızın nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması baxımından çox əhəmiyyətli hadisələrdir.Bu gün icra edilən irimiqyaslı transmilli Cənub Qaz Dəhlizi layihəsinin ölkələrimiz üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.Xüsusi olaraq iki ölkənin nəqliyyat sahəsindəki əməkdaşlığını var.Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir.Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir.Artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilən yüklərin həcmində artım hiss olunmaqdadır.Gürcüstan separatizmdən əziyyət çəkən ölkə kimi Azərbaycanın üzləşdiyi ərazi işğalı məsələsində həmrəylik göstərməsilə də yadda qalmışdır. Azərbaycan ilə Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini də dəstəklədiklərini vurğulayırlar.Müstəqil ölkələrimizin qarşıda duran vəzifələrin həlli üçün ardıcıl iş görür.Azərbaycan,Gürcüstan və Türkiyənin böyük regional layihələrin uğurla reallaşdırılması üçün birgə səylərini davam etdirdiklərini bildirirlər,bizim ölkələrimiz Asiya və Avropanı, Çini və Qərbi, Xəzər dənizini və Qara dənizi bir-birinə birləşdirən yollar üzərində yerləşirlər.Bu nəqliyyat dəhlizlərinə maraq gündən-günə artmaqdadır.Bu yolların maksimal dərəcədə yüklənməsi və lazımi dərəcədə əhəmiyyət kəsb etməsi üçün regionda sabitliyin və sülhün qorunub saxlanılmasının olduqca vacib məsələ olduğunu diqqətdədir.Bundan sonra da qarşıda duran vəzifələrin həlli üçün səylərinin birləşdirməsinin vacibliyini vurğulayaraq arzu etmişdir ki,Azərbaycan və Gürcüstanın birgə səyilə,böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq.

“Mədəniyyətlərin və sivilizasiyaların ən maraqlı yol kəsişməsində yerləşən regionumuzda sülhün və sabitliyin möhkəmlənməsi əsas şərtdir”

Nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan əlaqələri,qarşılıqlı hörmət,etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilmişdir və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərirHeç kimə sirr deyil ki,Gürcüstan və Azərbaycanı sadəcə iqtisadi və ya regional maraqlar birləşdirmir,iki dövlət həm də mehriban qonşuluq və tarixi bağlarla bir-birinə bağlıdır.Gürcüstan bu günə qədər hər zaman Azərbaycanın haqq mübarizəsində ona dəstək olmuş,beynəlxalq təşkilatlarda onu dəstəkləmiş,Azərbaycanın təşəbbüskarı olduğu bir çox beynəlxalq layihə məhz Gürcüstan ərazisindən keçmişdir.Hər şeydən öncə,44 günlük Vətən müharibəsində Gürcüstan öz ərazisindən Ermənistana heç bir hərbi təyinatlı məhsulu buraxmayaraq sözdə yox əməldə öz dürüstlüyünü sübut edib.Post-münaqişə dövründə də,Gürcüstan vəziyyətə laqeyd qalmayaraq,Ermənistanın Ağdam rayonunun mina xəritələrini Azərbaycana təhvil verməsində vasitəçilik etmişdir.Hazırda isə Gürcüstan,Ermənistanla münasibətlərin normallaşması prosesində kömək etməyə hazır olduğunu ifadə edir.Eyni şəkildə Azərbaycan da daima Gürcüstan dövlətinə xüsusi diqqətlə yanaşıb.Hazırda dünyada baş verən geosiyasi proseslər fonunda ölkələr üçün qonşularla mövcud siyasi-iqtisadi əlaqələri daha da genişləndirmək və möhkəmləndirmək günümüzün tələbidir.

Qonşularla yaxşı əlaqələri olmayan dövlət tranzit ölkəyə çevrilə bilməz ki,bu da ölkəmizin
qarşıya qoyduğu hədəflərdən biridir !

Xüsusilə,Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra ölkəmizin tranzit imkanlarının əhəmiyyətli dərəcədə artacağı mövcud reallıqdır.Ölkəmiz regionda sabitliyin,təhlükəsizliyin və əməkdaşlığın tərəfdaşı olaraq qonşu Gürcüstanla daha yüksək səviyyəli əlaqələr qurmaqda maraqlıdır.Bu əlaqələr regionla yanaşı Avropa üçün də böyük əhəmiyyətə malikdir.Ölkəmizin Avropa İttifaqı üçün həm enerji təhlükəsizliyi,həm də tranzit imkanları baxımından əhəmiyyətinin dəfələrlə artdığını əminliklə vurğulamaq olar.Enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirməklə bağlı idi.Azərbaycan bir neçə ilə Avropaya qaz ixracını artırmağı planlaşdırır ki,bu da Gürcüstanın tranzit ölkə kimi strateji əhəmiyyətini artırır.Gürcüstan Azərbaycan qarşılıqlı iqtisadi əlaqələri də inkişaf edir.O cümlədən,bu əməkdaşlıq ticarət,investisiya,maliyyə,bank,nəqliyyat,kənd təsərrüfatı,idman, təhsil,mədəniyyət və sair sahələri əhatə edir.Azərbaycan-Gürcüstan əməkdaşlığı regionda sülhə və təhlükəsizliyə xüsusi töhfə verir.Azərbaycan Gürcüstan əməkdaşlığının yüksək səviyyədə olması və bu əlaqələrin sürətlə inkişaf etməsi regionda sülhü təmin edən əsas amillərdən biridir.Gələcəkdə Cənubi Qafqazı dünyanın ən önəmli siyasi-iqtisadi mərkəzlərindən birinə çevirəcəkdir.Bütün bunlar deməyə əsas verir ki,möhkəm təməllər üzərində qurulan Azərbaycan Gürcüstan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Zaqafqaziyada yerləşən Gürcüstan və Azərbaycan xalqları,tarixi özü qədər qoca olan hər iki ölkə sülh,əmin-amanlıq içərisində yaşamışdır.Bunlar birlikdə tarixin kələ kötur yollarında birgə sınaqdan keçmişlər.İstər Azərbaycan ədəbiyyatında,istərsə gürcü ədəbiyyatında sarsılmaz dostluq telləri gözəl təsvirini tapmışdır.Azərbaycan və Gürcüstan iki dost və qardaş ölkədir.Bu iki dövlətin birgə əməkdaşlığı yalnız bizim xalqlarımızın deyil,bütövlükdə region xalqlarının rifahına xidmət edir.Biz bölgəni yalnız ölkələrimiz üçün deyil,xarici investorlar üçün də cəlbedici edirik.Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub.Bu əlaqələrin qurulmasından artıq 30 il ötüb.Bu müddət ərizində iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb.Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf mərhələsinə daxil olub. Əlbəttə ki,iki dövlət arasında dostluq münasibətlərindən danışırıqsa,Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlıların əlaqələrin inkişafında önəmli rol oynadığını da bildirməliyik.Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir.Xalqları birləşdirən istər tarixi əlaqələr,istər çoxəsrlik dostluq,qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir.İki ölkə arasında getdikcə genişlənən əlaqələr 30 il ərizində aparılan uğurlu əməkdaşlığın nəticəsidir.Bu gün siyasi,iqtisadi,ticari,mədəni və bir çox digər sahələrdə əlaqələrimiz inkişaf edir.İnanırıq ki,bu münasibətlər bundan sonra da inkişaf edəcək.

Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi,iqtisadi,mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır.Yaxın qonşuluq,dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir.Tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb proseslərə  baxmayaraq,hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir.Bu iki qonşu ölkə ilk dəfə 1918-ci ildə birinci müstəqil dövlətlərini yaratdıqdan bəri hər zaman xüsusilə strateji əməkdaşlıq ruhuna sadiq olmuşdur !

Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq və təhlükəsizliyə mühüm strateji töhfədir,həm də Gürcüstan –Azərbaycan münasibətlərinin əsaslarını möhkəmləndirməkdədir.Həyata keçirilən çoxaspektli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilmişdir.Təsadüfi deyil ki,bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı,inkişaf mənbəyi adlandırırlar !

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü