27 oktyabr 2022 00:27
588

“Beşiktaş”ın yeni baş məşqçisi

Şenol Günəş "Beşiktaş"a yeni baş məşqçi təyin olunub.

“İki sahil” xəbər verir ki,  "Beşiktaş" rəhbərliyi bu axşam baş tutan iclasda bu qərara gəlib.

Beləliklə, “ağ-qara” komandanı bundan sonra Şenol Günəş 1,5 illik müqavilə əsasında idarə edəcək.

Qərarın tezliklə rəsmi təsdiq olunması gözlənilir.

Qeyd edək ki, “Beşiktaş”ın bundan əvvəlki baş məşqşisi Valeryen İsmael idi.