26 oktyabr 2022 21:20
553

Bakıya ən yaxşı nəticə ilə dönəcəyik - Almeyda

"Rəqibin heyətində yaxşı futbolçular var. Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir. İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik".

“İki sahil” xəbər verir ki,  bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Fransada "Nant"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.