26 oktyabr 2022 20:06
616

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

2024-cü ildə keçirilməli olan xokkey üzrə Dünya Kuboku təxirə salına bilər.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb digər ölkə yığmalarının Rusiya millisi ilə qarşılaşmaq istəməməsidir.

Onlar Ukraynadakı müharibəyə görə rusiyalı xokkeyçilərin yarışda iştirakına qarşıdır.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Xokkey Federasiyası (IIHF) öz bayrağı altında keçirilən turnirlərdə Rusiya seçməsinin iştirakına qadağa qoyub.