Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğaldan azad etdiyi tarixi torpaqlarına yenidən həyat verir. Əhalinin 30 ildir didərgin düşdüyü yurd yerlərinə qayıtması üçün müasir standartlara cavab verən şəraitlə təmin ediləsi məqsədi ilə bütün imkanlardan istifadə edilir, infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər görülür.

Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilan Beynəlxalq Hava Limanının da istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirməklə yanaşı, regionun iqtisadi inkişafına təkan verəcək.
Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılış məraimi keçirilən Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün böyük perspektivlər yaradır.
Belə ki, regiona turist axını üçün nəqliyyat problemini həll edən hava limanı, eyni zamanda beynəlxalq yükdaşımalar üçün əhəmiyyat kəsb edir, regionun mühüm nəqliyyat qovşağına çevrilməsini təmin edir və Zəngəzur dəhlizinin əhəmiyyətini artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatında Zəngilan Hava Limanının açılışını ölkəmizin həyatında çox əlamətdar hadisə olduğunu bildirib. Həmçinin əlavə edib ki, hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir.
Zəngilan Beynəlxalq Hava Limanının açılması işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli şəkildə yenidən qurulmasını, Böyük Qayıdışın reallaşmasını tezləşdirməklə yanaşı, həmin bölgələrin iqtisadi və sosial inkişafını sürətləndirəcək.
Pərviz Rəhimli,
YAP Suraxanı rayon təşkilatının fəal üzvü,
"Suraxanı OYL O.K.S.A." şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daxili Audit Xidmətinin rəis müavini
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası