26 oktyabr 2022 17:06
534

PSJ-nin tarixinə düşdü

PSJ-nin 16 yaşlı futbolçusu Zair-Emri Varren Paris klubunun tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, gənc futbolçunun rekordu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda İsrailin "Makkabi" (Hayfa) klubu ilə oyunda (7:2) qeydə alınıb.

Bu oyunda iştirak edən yarımmüdafiəçi PSJ ilə Çempionlar Liqası matçına çıxan ən gənc futbolçu olub.

PSJ-nin yetirməsi olan Varren Fransanın U-19 komandasının da üzvüdür.