26 oktyabr 2022 15:17
507

"Sabah"ın zədəli futbolçusunun durumu bəlli oldu

"Sabah"ın zədəli futbolçusu Aleksey Kaşukun durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, ukraynalı yarımmüdafiəçinin zədəsi, ehtimal olunduğu kimi, cox ciddi deyil. MRT müayinəsindən sonra Kaşukun ayağında hər hansı qırıq aşkarlanmayıb. Müalicəsi davam etdirilən futbolçunun nə vaxt sıraya dönəcəyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Kaşuk Premyer Liqanın 11-ci turunda "Neftçi" ilə matçda (3:2) zədələnib.